“Qəbələ” – “İnter” – 2:0
Azərbaycan Kuboku, ½ final mərhələsi, cavab oyunu
5 aprel 2017. Saat 16:30. Qəbələ şəhər stadionu, 1800 tamaşaçı
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Nahid Əliyev
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Elnur Abdullayev, 54 (hakim qərarına etiraz)
Qollar: Daniel Subotiç, 12; Baqali Dabo, 33
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 2 dəq.
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Günün ilk görüşü Qəbələdə keçirilib. “Qırmızı-qaralar” öz meydanında “İnter”lə qarşılaşıb. Səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən Roman Qriqorçukun yetirmələri cavab matçına da qələbə iddiası ilə çıxıb. Ukraynalı mütəxəssis son matçla – çempionatın “Zirə” ilə görüşü ilə müqayisədə start heyətində 9 dəyişiklik edib. Belə ki, bu dəfə Rasim Ramaldanov, Asif Məmmədov, Məhəmməd Mirzəbəyov, Baqali Dabo, Rikardinyo, Roman Hüseynov, Teo Uiks, Daniel Subotiç, Rəşad Eyubov ilk dəqiqələrdən meydanda olub. Kapitan sarğısı isə Asif Məmmədova həvalə olunub. Üç gün öncə “11-lik”də yer alan Rəşad Sadiqov, Nika Kvekveskiri, Sergey Zenyov, Ruslan Qurbanov, Cavid Hüseynov, Filip Ozobiç, Ürfan Abbasov, Rafael Santos, Tellur Mütəllimov bu dəfə start heyətdə olmayıb.
Qarşılaşma “Qəbələ”nin hücumları ilə başlayıb. İlk dəqiqələrdən üstünlüyü ələ almağa çalışan “qırmızı-qaralar” bir neçə real qol vəziyyəti yaradıb. İlk təhlükə Dabodan gəlib. Hücumçunun baş zərbəsini qolkiper dəf edib. Asifin künc zərbəsindən sonra Ramaldanovun qapıçı meydanına ötürməsini nəzarətsiz qalan Subotiç qapıya göndərib – 1:0. Bu, legionerin ölkə kubokunda 3-cü qolu olub. Buraxılan topdan sonra qonaqlar bir müddət xeyli fəallaşsa da, real qol vəziyyəti yaratmaqda çətinlik çəkib. Dmitri Bezotosnı bir neçə dəfə oyuna daxil olub ki, hər dəfə inamlı çıxış edib. “Qəbələ” isə növbəti imkanı qola çevirib. Rikardinyonun sol cinahdan cərimə meydanına ötürməsini Dabo tamamlayıb – 2:0. Bu, onun “qırmızı-qaralar”ın heyətində ümumilikdə 11-ci, kubokda ilk qolu olub. Fasiləyədək Rəşad Eyubovla Rikardinyonun da fərqlənmək imkanı olsa da, onlar bu şansı qaçırıblar.
Oyunun ikinci yarısı başlayan kimi “qırmızı-qaralar” hesabı artırmaq imkanı əldə edib. Sol cinahdan ötürmədən sonra boş qapı önündə qalan Eyubov çərçivəni dəqiq nişan ala bilməyib. Bu epizoddan sonra da “Qəbələ” hücumlarını davam etdirib. Paytaxt klubu da müdafiədə qapanmayıb, hesabı dəyişmək üçün həmlələr təşkil edib. Nəticədə azarkeşlər 45 dəqiqə qarşılıqlı hücumlar izləyib. Lakin komandalar real qol vəziyyəti yaratmaqda çətinlik çəkib. Bu üzdən ikinci hissədə qapıçıların da işi çox olmayıb. Düzdür, final fitindən 2 dəqiqə öncə hesab dəyişə bilərdi. Lakin meydana sonradan daxil olan Araz Abdullayevin cinah ötürməsindən sonra Eyubov yaxın məsafədən “çərçivə”ni dəqiq nişan ala bilməyib.
Beləliklə, 2:0 hesabı ilə qalib gələn “Qəbələ” tarixində 2-ci dəfə finala yüksəlib. 2013/14 mövsümündə də həlledici oyunda qüvvəsini sınamaq imkanı qazanan “qırmızı-qaralar” həmin vaxt “Neftçi” ilə görüşün penaltilər seriyasında uduzmuşdu – 1:1, p.2:3. Cari mövsümün final oyunu mayın 5-də keçiriləcək.
“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
(34. Urfan Abbasov, 63)
5. Rasim Ramaldanov
11. Asif Məmmədov (k)
(8. Qismət Alıyev, 83)
17. Məhəmməd Mirzəbəyov
18. Baqali Dabo
20. Rikardinyo
21. Roman Hüseynov
27. Teo Uiks
31. Daniel Subotiç
(77. Araz Abdullayev, 46)
32. Rəşad Eyubov
Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
9. Sergey Zenyov
10. Ruslan Qurbanov
19. Filip Ozobiç
Baş məşqçi: Roman Qriqorçuk
“İnter”
13. Orxan Sadıqlı
22. İlkin Qırtımov
(2. Sertan Taşkın, 46)
27. Adrian Skarlatake
14. Zurab Xizanişvili
24. Fuad Bayramov (k)
4. Slavik Alxasov
(65. Cabir Əmirli, 66)
10. Elnur Abdullayev
19. Mirhüseyn Seyidov
(88. Məmməd Quliyev, 83)
6. Samir Zərgərov
7. Mirsahib Abbasov
9. Pərdis Fərcad-Azad
Ehtiyat oyunçular:
16. Şahin Zəkiyev
8. Nizami Hacıyev
20. Aqşin Quluzadə
Baş məşqçi: Zaur Svanadze