«Qəbələ» finalda!
Xəbərlər / 18 Aprel 2018 | 22:50733
«Qəbələ» finalda!

“Neftçi” – “Qəbələ” – 1:3

Azərbaycan Kuboku, ½ final mərhələsi, cavab oyunu

18 aprel 2018. Saat 20:00. “Bakcell Arena” , 6000 tamaşaçı  

Baş hakim: Rauf Cabbarov

Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Knyaz Əmiraslanov         

Dördüncü hakim: Ömər Paşayev  

AFFA nümayəndəsi: Namiq Məstanov   

Hakim-inspektor: Əli Hüseynov 

Sarı vərəqələr: Derlis Meza Kolli, 46 (qeyri-idman hərəkəti); Ruslan Abışov, 59 (qeyri-idman hərəkəti); İqnasio Herrera, 84 (qeyri-idman hərəkəti) // Urfan Abbasov, 38 (bilərəkdən əl ilə oynadığına görə); Stiven Monroz, 41 (qeyri-idman hərəkəti); Ruslan Qurbanov, 45 (texniki zonada hakim qərarına etiraz ); Rasim Ramaldanov, 88 (qeyri-idman hərəkəti)

Qollar:  Soni Mustivar, 9 // Baqali Dabo, 20, 30; Cavid Hüseynov, 60 (p.)

Qolla nəticələnməyən penalti: Stiven Monroz, 84

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

İlk oyun - 2:1

 

Bu gün Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunları keçirilib. Mərhələnin son qarşılaşması “Bakcell Arena”da baş tutub. “Qəbələ” səfərdə “Neftçi” ilə qarşılaşıb. Ötən həftə keçirilən ilk oyunda 1:2 hesablı ev məğlubiyyəti alan “qırmızı-qaralar” rəqib meydanındakı görüşə finala vəsiqə qazanmaq istəyi ilə çıxıb.

Matç qarşılıqlı hücumlarla başlayıb. İlk dəqiqələrdən rəqib qapısına köklənən rəqiblərin oyununda erkən qol qeydə alınıb. Qarşılaşmadakı ilk künc zərbəsi Sonu Mustivarın başla fərqlənməsi ilə başa çatıb – 1:0. “Qəbələ” üçün uğursuz alınan start Vojislav Stankoviçin zədə üzündən məcburi əvəzlənməsi ilə də diqqət çəkib. Lakin hücumlarına ara verməyən Roman Qriqorçukun yetirmələri ilk hissə yarılanmamış hesabda tarazlıq yaradıb. Təmkin Xəlilzadənin sol cinahdan ötürməsindən sonra uzaq dirəyin önündə qərarlaşan Baqali Dabo bərabərlik qoluna imza atıb – 1:1. Bundan sonra da rəqib qapısı önündə fəal olan “Qəbələ” Təmkin və Filip Ozobiçin cərimə meydanı yaxınlığından zərbələri ilə paytaxt təmsilçisinə gərginlik yaşadıb. Dabonun cərimə meydanı daxilindən bir zərbəsi isə alınmayıb. Lakin “qırmızı-qaralar”ın bombardiri dublunu rəsmiləşdirməyə imkan tapıb. O, Stiven Monrozun ötürməsindən sonra cərimə meydanında topu ram edib, yaxın küncə qarşısıalınmaz zərbə endirib. Qarşılıqlı hücumlarla davam edən ilk yarının sonluğu Ürfan Abbasov və ehtiyat oyunçular skamyasındakı Ruslan Qurbanovun sarı vərəqə alaraq cəzalı duruma düşməsi ilə yadda qalıb. Famussa Konenin yaxın məsafədən zərbəsini isə “Neftçi”nin qapıçısı tutub.

İkinci hissəyə daha fəal başlayan “qırmızı-qaralar” bir neçə təhlükəli hücum təşkil edib. Ozobiçin rəqibdən topu “oğurlayıb”, cərimə meydanına daxil olduğu zaman qarşısı kobudluqla alınıb. Hakimin təyin etdiyi penalti zərbəsini Cavid Hüseynov dəqiq yerinə yetirib. Buraxılan qoldan sonra “Neftçi” böyük qüvvə ilə irəli atılıb. Bu da “Qəbələ” üçün sürətli hücumlar təşkil etmək imkanı yaradıb. Belə vəziyyətlərdə öncə Kone, ardınca Təmkinin əlverişli mövqedən zərbələri yaddaqalan, amma qeyri-dəqiq olub. Bir neçə metrdən qapını nişan alan Monrozun zərbəsi isə rəqib müdafiəçiyə dəyib. Paytaxt klubunun həmlələrinin qarşısını isə müdafiə xəttinin inamlı oyunu və Dmitri Bezotosnı alıb. Qapıçı Rəhman Hacıyevin zərbəsindən sonra topu tirin altından çıxarıb. “Qırmızı-qaralar” Koneyə qarşı kobudluğa qarşı daha bir penalti vurmaq imkanı qazanıb. Lakin Monroz çərçivəyə düşə bilməyib. Matçın son dəqiqələrində meydan sahibləri Bezotosnıya ciddi çətinlik yaratsa da, hesab dəyişməyib.

Beləliklə, 3:1 hesablı əzmkar qələbə qazanan “Qəbələ” tarixində 3-cü dəfə finala yüksəlib. Mayın 28-də keçiriləcək həlledici görüşdə komandamızın rəqibi “Keşlə” olacaq.

 

“Neftçi”

94. Rəşad Əzizli

15. Ruslan Abışov (k)

2. İlkin Qırtımov

(22. Mirabdulla Abbasov, 68)

25. Kiril Petrov

5. Anton Krivotsyuk

6. Rəşad Sadiqov

(17. Rəhman Hacıyev, 62) 

10. Derlis Meza Kolli

(8. Emin Mahmudov, 83)

93. Soni Mustivar

11. İqnasio Herrera

7. Namiq Ələsgərov

9. Lukas Qomes

 

Ehtiyat oyunçular:

 

1. Səlahət Ağayev

21. Məhəmməd Mirzəbəyov

77. Elvin Sərkərov

3. Fərid Abbaslı

97. Elnur Cəfərov

12. Mayk Kampaz

19. Fransisko Qarsiya

 

Baş məşqçi: Tərlan Əhmədov

 

“Qəbələ” 

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

(5. Rasim Ramaldanov, 17)

8. Qismət Alıyev

9. Baqali Dabo

14. Cavid Hüseynov (k)

(4. Elvin Camalov, 90)

18. İlqar Qurbanov

(10. Ruslan Qurbanov, 90+2)

19. Filip Ozobiç

28. Stiven Monroz

33. Təmkin Xəlilzadə

34. Urfan Abbasov 

45. Famussa Kone

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

6. Elvin Məmmədov

11. Asif Məmmədov

16. Omar Malone

29. Hacıağa Hacıyev

32. Amin Seydiyev

74. Yusif Nəbiyev

 

Baş məşqçi: Roman Qriqorçuk