«Qəbələ» finalda
Xəbərlər / 24 May 2021 | 21:41248
«Qəbələ» finalda

“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası növbəti oyununu keçirib. Zaur Hacıyevin baş məşqçisi olduğu “qırmızı-qaralar” AFFA tərəfindən təşkil olunan “U-17 Kuboku”nda yarımfinal mərhələsinin cavab görüşümə çıxıb. “Qəbələ” öz meydanında “Neftçi”ni qəbul edib. İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan komandamız meydandan qalib ayrılıb – 1:0. Qələbə qolunu rəqib qapısından Zubair Əliyev keçirib. “Qəbələ” səfər qolu ilə finala yüksəlib. Mayın 27-də keçiriləcək final matçında komandamızın rəqibi “Qarabağ” olacaq. Bayıldakı “ASCO Arena” stadionundakı matç saat 18:00-da başlayacaq.

Xatırladaq ki, U-17 1/4 finalda “Sumqayıt”ı hər iki oyunda məğlub edib – 2:1, 3:1.