«Qəbələ» Futbol Akademiyasına seçilmək istəyirsiniz?
Xəbərlər / 5 May 2015 | 16:39361
«Qəbələ» Futbol Akademiyasına seçilmək istəyirsiniz?

“Qəbələ” Futbol Akademiyasının aşağı yaş qruplarına seçimlər elan edir. Seçimlər Qəbələ şəhər stadionunda 23-27 may tarixlərində 1998 -2008-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

Tel: 050 290 00 63, 070 693 10 70
Email: [email protected]

seçim tarixləri:

Qəbələ Şəhər Stadionu
U-9-dan U-13-ə qədər (2008-2003-cü il təvəllüdlü futbolçular)
23-24 May – ilkin seçmələr
25 May - Final seçmələri
U-14-dən U-19-a qədər (2002-1998-ci il təvəllüdlü futbolçular)
26 May - ilkin seçmələr
27 May - Final seçmələri
Seçimlər hər gün saat 10:00-da başlayacaq.

Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər. İlk etapı uğurla adlayan yeniyetmələr final mərhələsində bir daha bacarıqlarını nümayiş etdirəcəklər. Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə “Qəbələ” ilə addımla!!!