“Qəbələ” Futbol Akademiyasında ağacəkmə aksiyası keçirilib.
Futbolda Sosial Məsuliyyətin meyarlarından biri olan ətraf mühitin mühafizəsi mövzusuna uyğun təşkil olunan aksiyada əvəzedici heyət və akademiyamızın U-19 və U-17 komandalarının futbolçu və məşqçiləri qatılıb.
Tədbir Qəbələ Şəhər stadionunun ətrafındakı ərazidə keçirilib. Öncə iştirakçılara ətraf mühitin mühafizəsi barədə qısa zəruri məlumatlar verilib, bu istiqamətdə görülməli işlərdən danışılıb. Ardınca akademiyamızın üzvlərinin iştirakı ilə ümumilikdə 50-dən çox müxtəlif növ ağaclar əkilib.