AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Qəbələ” Futbol Akademiyasında olub. Qurum rəsmisi “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfovla birlikdə burada hazırlıq keçən gənc və yeniyetmə futbolçularla görüşüb.
Tədbirdə akademiyanın gələcək fəaliyyəti və futbolun inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunub. Məmmədov akademiyanın fəaliyyətini yüksək qiymətləndirib. O, burada futbolçuların inkişafı üçün yaradılan şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildirib.