«Qəbələ» Gəncə sindromunu qıra bilmədi
Oyun icmalı / 15 Sentyabr 2012 | 14:30465
«Qəbələ» Gəncə sindromunu qıra bilmədi

"Kəpəz" - "Qəbələ" 1:0

15 senyabr 2012. Saat 17:00. Gəncə şəhər stadionu. 4000 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Nahid Əliyev
Dördüncu hakim: İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr: Bəxtiyar Soltanov, 54 ; Şahin Kərimov, 71 ; Bujamin Asani, 76 // Elmar Baxşıyev, 27; Luis Paulo Hilario, 43 
Qol: Bəxtiyar Soltanov, 41 
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Premyer Liqanın 5-ci turunda "Qəbələ" səfərdə "Kəpəz"lə üz-üzə gəldi. Daha öncə Gəncədə 3 dəfə meydançaya çıxan "Qəbələ" qələbə qazana bilməmişdi.
Matç komandaların qarşılıqlı hücumları ilə start götürdü. Dəqiqələr keçdikçə meydan sahibləri üstünlüyü ələ keçirdilər. "Qəbələ" isə ilk hissədə künc zərbəsindən sonra Omar Kalabanenin başla təhlükəli zərbəsi ilə yadda qaldı. Lakin zərbə qeyri dəqiq alındı. Əvəzində hissənin sonlarına doğru hücuma atılan gəncəlilər hesabı açdılar. Bəxtiyar Soltanov komandasını irəli çıxardı.
İkinci hissədə fatih Kavlakın yetirmələri irəli atılsalar da bu bir nəticə vermədi və "Qəbələ" 4-cü Gəncə səfərində də sindromu qıra bilmədi. 

“Kəpəz”

1. İvan Radoş
4. Azər Məmmədov (k)
6. Məhərrəm Hüseynov
9. Bəxtiyar Soltanov
10. Armand Feutçine 
13. Emin İmaməliyev
15. Şahin Kərimov
18. Nikolay Svejentsev
20. Emin Əliyev 
(7. Pərvin Paşayev, dəq.84)
30. Yuri Fomenko  
(8. Elvin Həsənəliyev, dəq.47)
88. Bujamin Asani

Ehtiyat oyunçular:

16. Xəyal Zeynalov 
2. Nicat Məmmədov
11. Ziyabil Məmmədov
14. Elxan Əzizov
19. Atin Abdullayev

Baş məşqçi: Mahmud Qurbanov



“Qəbələ”

25. Dieqo Kosta Silva 
8. Bruno Da Silva
(22. Lourival Rodriqes, dəq.60)
9. Viktor Mendi 
(99. Amil Yunanov, dəq.81)
10. Luis Paulo Hilario
11. Yannik Kamanan
15. Umar Kalabane 
18. Aleksandr Çertoqanov
21. Elmar Baxşıyev (k)
34. Ürfan Abbasov
84. Deyan Kelhar   
88. Nodar Məmmədov 
(23. Şəhriyar Xəlilov, dəq.36)

Ehtiyat oyunçular:

30. Anar Nəzirov
5. Muammer Erdoğdu
7. Yaşar Abuzərov
19. Rövşən Əmiraslanov

Baş məşqçi: Fatih Kavlak


Mahmud Qurbanov:"Qəbələ” Azərbaycanın ən güclü komandalarındadır. Futbolçularım gözəl oynadılar. İlk hissədə qol vura bildik. Bu da bizim üçün böyük ruh yüksəkliyi yaratdı. Bizim üçün çətin oyun olasa da, uşaqlar bacardıqlarını etdilər və qələbə qazandıq. Qələbə münasibətilə “Kəpəz” klubunun rəhbərliyini və azarkeşləri təbrik edirəm. “Qəbələ”yə gələcək oyunlarda uğurlar arzulayıram”.

Fatih Kavlak: “Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. İstədiyimiz qolu vura bilmədik. Buna görə də müdafiəni düzgün qura bilmədik. Buraxdığımız səhv nəticəsində qapımızda qol gördük. İlk hissədə qapımızdan qol buraxdıq, ikinci hissədə bunun əvəzini çıxmağa çalışsaq da, bacarmadıq. Nəticədə məğlub olduq”.