«Qəbələ» Gəncədən qələbə ilə dönür
Xəbərlər / 1 Oktyabr 2023 | 17:561769
«Qəbələ» Gəncədən qələbə ilə dönür

“Kəpəz” – “Qəbələ” – 0:1

1 oktyabr 2023. Saat 16:00. Gəncə şəhər stadionu, 1500 tamaşaçı

Baş hakim: Rauf Cabarov

Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Asiman Əzizli

Dördüncü hakim: Rəşad Əhmədov

VAR: Cavid Cəlilov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elman Musayev

Sarı vərəqələr: Ehtiram Şahverdiyev, 16 (qeyri-idman hərəkəti); Elmir Tağıyev, 45 (qeyri-idman hərəkəti); Yeqor Xvalko, 90 (hakimin qərarına etiraz) // Rauf Hüseynli, 38 (qeyri-idman hərəkəti); Emil Səfərov, 41 (qeyri-idman hərəkəti); Ahmed Ayzaya, 74 (qeyri-idman hərəkəti); Əyyub Allaş, 75 (qeyri-idman hərəkəti); Zurab Oçiqava, 81 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Fikrət Nəbiyev, (“Qəbələ”) 90 (hakimin qərarına etiraz)

Qol: Bilel Auaşeriya, 52

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

 

“Qəbələ” növbəti oyununu keçirib. “Qırmızı-qaralar” Misli Premyer Liqasının VIII turunda “Kəpəz”lə qarşılaşıb. Turun son oyun günündəki matç Gəncədə baş tutub.

Komandamız ötən görüşlə müqayisədə meydana bir dəyişikliklə çıxıb. Zədəli Gilad Abramovu start “11-liy”ində Zurab Oçiqava əvəzləyib.

Oyun qarşılıqlı hücumlarla başlayıb. Daha fəal olan “qırmızı-qaralar” ilk dəqiqələrdən daha çox hücum edib. İlk yarıda Osama Xalayla, Bilel Auaşeriya, Emil Səfərovun yaddaqalan zərbələri olsa da, hesab açılmayıb. Omar Hani qapıya paralel ötürmələri qapamaq üçün bir neçə imkan qazansa da, dəqiq zərbə vura bilməyib. Meydan sahiblərinin əksər hücumlarının qarşısını mərkəzdə alan futbolçularımız müdafiədə inamlı oynayıb. 

İkinci hissəyə meydan sahibləri daha fəal başlasa da, rəqib hücumlarının qarşısını inamla alan “Qəbələ” daha təhlükəli həmlələr təşkil edib. Belə hücumların biri hesabın açılması ilə nəticələnib. Künc zərbəsindən sonra Bilel Auaşeriya uzaq dirəyin yaxınlığından qapını dəqiq nişan alıb – 1:0. Bu qoldan sonra komandamız fərqi artırmaq imkanları qazansa da, Osama Xalayla və Zurab Oçiqavanın zərbələri dəqiq alınmayıb. Bərabərlik qolu üçün daha çox hücuma aludə olan Gəncə təmsilçisinin cəhdlərinin önünü kəsən futbolçularımız sürətli əks-həmlələr qurub. Emil Səfərovla Əyyub Allaşın təhlükəli zərbələri hesabı dəyişmək üçün yetərli olmayıb. Rəqibin hücumlarına baxmayaraq, üstünlüyünü sonadək qoruyan komandamız səfərdən üç xalla ayrılıb. Beləliklə, “Qəbələ” Gəncə səfərində minimal hesabla qalib gəlib – 1:0.

 

“Kəpəz”

12. Kamran İbrahimov

7. Ehtiram Şahverdiyev

11. Elnur Cəfərov

(15. Cavad Kərimov, 80)

14. Elçin Əlicanov

8. Elmir Tağıyev

(91. Latir Fal, 65)

20. Mahir Həsənov

(99. Əli Səmədov, 46)

22. Rüfət Əhmədov

(4. Vüsal Məsimov, 46)

25. Georgi Papunaşvili

(21. Martins Junior, 65)

9. Mate Kvirkviya

78. Yeqor Xvalko (k)

19. Abdullahi Şuaybu

 

Ehtiyat oyunçular:

 

1. Vladislav Vasilyuçek

18. Elgün Bayramov

3. Vurğun Hüseynov

10. Tural Rzayev

88. Şakir Seyidov

 

Baş məşqçi: Azər Məmmədov

 

“Qəbələ”

1. Rəşad Əzizli

2. İlkin Qırtımov (k)

5. Rauf Hüseynli

7. Emil Səfərov

20. Bilel Auaşeriya

(19. Samuel Tetteh, 68)

4. Lukas Afriko

3. Zurab Oçiqava

99. Ahmed Ayzaya

(18. Mehrac Baxşalı, 90+1)

9. Əyyub Allaş

72. Osama Xalayla

10. Omar Hani

(14. Ülvi İsgəndərov, 68)

 

Ehtiyat oyunçular:

 

36. Elməddin Sultanov

11. Asif Məmmədov

28. Murad Musayev

12. Nicat Əliyev

33. Hüseyn Mürsəlov

17. Yaovi Akakpo

 

Baş məşqçi: Elmar Baxşıyev