«Qəbələ» Gəncədən xalsız dönür
Xəbərlər / 30 Yanvar 2016 | 12:34186
«Qəbələ» Gəncədən xalsız dönür

“Kəpəz” - “Qəbələ” 3:0
30 yanvar 2016. Saat 14:00. Gəncə şəhər stadionu, 9000 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Nahid Əliyev
Dördüncü hakim: Ziya Nəsirov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Rövşən Əhmədov
Sarı vərəqələr: Şəhriyar Əliyev, 45+1 (qeyri-idman hərəkəti); Budaq Nəsirov, 82 (qeyri-idman hərəkəti) // Ermin Zets, 78 (qeyri-idman hərəkəti)
Qollar: Julien Ebah, 25, 75; Namiq Ələsgərov, 57
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
Bu gün Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start verilib. 2016-cı ilin ilk oyun günündə “Qəbələ” “Kəpəz”lə qarşılaşıb. “Qırmızı-qaralar” XIX turun oyununu səfərdə keçirib. Komandamızın baş məşqçisi Roman Qriqorçuk start heyətində müəyyən dəyişikliklər edib. Ötən ilin son qarşılaşmasında iştirak etməyən Məhəmməd Mirzəbəyov, Sergey Zenyov, Vojislav Stankoviç və Vadim Abdullayev ilk dəqiqələrdən meydana çıxıb. Əvəzində komandamızın ən yaxşı bombardiri Aleksey Antonov, həmçinin Ruslan Abışov, Rikardinyo, Elvin Camalov “11-lik”dən kənarda qalıb. Ukraynalı mütəxəssis qapıda yenə Andrey Popoviçə şans verərək, təcrübəli Dmitri Bezotosnını ehtiyatda saxlayıb. Oyun qarşılıqlı hücumlarla başlasa da, “Qəbələ” cüzi ərazi üstünlüyünə yiyələnməyi bacarıb. Lakin topa daha çox nəzarət etməsinə baxmayaraq, komandamız rəqib qapısı önündə ciddi təhlükə yaratmaqda çətinlik çəkib. Meydan sahiblərinin qapıçısına ilk yarıda demək olar ki, gərginlik yaşatmayan “qırmızı-qaralar” bir neçə dəfə “Kəpəz”in kəskin hücumları ilə üz-üzə qalıb. Bu epizodlarda qapıçı və dirək hesabın açılmasına mane olub. Amma daha kəsərli həmlələr təşkil edən gəncəlilər istəyinə çatmağı bacarıb. Sol cinahdan irəliləyərək, cərimə meydanına daxil olan Budaq Nəsirovun cinah ötürməsindən sonra Jülen Ebah fərqlənib. Buraxılan qoldan sonra komandamız rəqib qapısına təzyiqi artırmağa çalışsa da, qol vəziyyəti yarada bilməyib. Oyunun ilk hissəsi “qırmızı-qaralar” Zenyovu da itirib. Rəqib futbolçu ilə toqquşan hücumçu aldığı zədədən sonra meydanı tərk edib. İkinci hissə də eyni ssenari ilə başlayıb. Fasilədən az sonra meydan sahibləri fərqi artırıb. Qapıçı ilə müdafiəçinin toqquşmasından sonra topa yiyələnən Namiq Ələsgərov oyunda ikinci qolu vurub. Bundan sonra daha böyük qüvvə ilə irəli atılan “Qəbələ” ardıcıl təhlükəli epizodlar yaradıb. Qısa müddət ərzində futbolçularımız rəqib qapısına 4 zərbə endirib. 2 dəfə Ermin Zets, hərəyə 1 dəfə Rafael Santos və Dodo qapını başla nişan alsa da, hesabı dəyişə bilməyiblər. “Kəpəz” isə daha bir hücumu qolla tamamlayıb. Arxa xətdəki anlaşılmazlıqdan yararlanan Ebah dublunu rəsmiləşdirib. Komandamız matçın sonlarında fərqi azaltmaq imkanı əldə edib. Oyuna sonradan daxil olan Rəşad Eyyubovun ötürməsindən sonra Antonovun baş zərbəsi təhlükəli alınsa da, qapıçı topu qaytara bilib. Beləliklə, ilin ilk oyununda 0:3 hesabı ilə uduzan “Qəbələ” Gəncədən xalsız dönür.

“Kəpəz”
88. Tadas Simaitis
18. Tural Axundov (k)
25. Şəhriyar Əliyev
3. Tərlan Quliyev
13. Şəhriyar Rəhimov
5. Kərim Diniyev
8. Budaq Nəsirov
(4. Elvin Cəbrayıllı, 87)
7. Junior Osvaldo
(15. Azad Kərimov, 83)
9. Namiq Ələsgərov
80. Tural Rzayev
(27. Bəxtiyar Soltanov, 73)
90. Julien Ebah

Ehtiyat oyunçular:
1.Eyyub Əliyev
21. Xəzər Qəribov
99. Əli Səmədov
6. Ceyhun Cavadov

Baş məşqçi: Şahin Diniyev

“Qəbələ”
1. Andrey Popoviç
3. Voislav Stankoviç
6. Rəşad Sadiqov
(32. Rəşad Eyubov, 67)
7. Ermin Zets
8. Məhəmməd Mirzəbəyov
9. Sergey Zenyov
(69. Aleksey Antonov, 15)
10. Dodo (k)
18. Vadim Abdullayev
(25. Qismət Alıyev, 77)
19. Aleksey Qay
21. Arif Daşdəmirov
44. Rafael Santos

Ehtiyat oyunçular:
22. Dmitri Bezatosnı
15. Vitali Vernidub
20. Rikardinyo
34. Ürfan Abbasov

Baş məşqçi: Roman Qriqorçuk