“Qəbələ” AFFA tərəfindən təşkil olunan “Gənclər Kuboku”nun qalibi olub. U-19 komandamız bu gün keçirilən final oyununda “Sabah”la qarşılaşıb. Matç Bayıldakı “ASCO Arena”da baş tutub. Əsas vaxtı qolsuz bitən görüşün taleyi əlavə vaxtda həll olunub. Famil Xəlilovun baş məşqçisi olduğu komandamız 1:0 hesablı qələbə qazanaraq kuboka yiyələnib. Həlledici qolu 102-ci dəqiqədə baş zərbəsi ilə Mehrac Baxşalı vurub.
Bu, “Qəbələ”nin qazandığı ikinci kubokdur. U-19-dan öncə U-17-də ən güclü adını qazanıb. Komandamız “U-17 Kuboku”nun qalibi adına yiyələnib.
Xatırladaq ki, U-19 1/4 finalda “Keşlə”ni (3:2, 3:1), yarımfinalda “Qarabağ”ı (1:1, 3:2) mübarizədən kənarlaşdırıb.