Bu gün Topaz Premyer Liqasında 2017/18 mövsümünə yekun vurulub. XXVIII turun “Qəbələ” - “Qarabağ” oyunu (0:1) başa çatandan sonra mükafatlandırma mərasimi keçirilib. Çempionatı 2-ci pillədə başa vuran “Qəbələ” gümüş medallarla təltif olunub. Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.
Tədbirdə çempionatın ən yaxşı bombardiri Baqali Dabo da mükafatını alıb. Mərasimdə “Neftçi”yə bürünc, “Qarabağ”a qızıl medallar və kubok da təqdim olunub.