Qəbələ gündəliyi – 15.06.2018
Xəbərlər / 15 İyun 2018 | 23:09384
Qəbələ gündəliyi – 15.06.2018

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda gerçəkləşən təlim-məşq toplanışının 4-cü gününü arxada qoyub. Komandamız günü bir məşqlə tamamlayıb. Baş məşqçi Sənan Qurbanovun yetirmələri günün ikinci yarısına təsadüf edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verib. “Qırmızı-qaralar”ın sabah iki məşqi baş tutacaq.