Qəbələ gündəliyi 16.06.2018 - Fotoreportaj
Xəbərlər / 16 İyun 2018 | 22:32383
Qəbələ gündəliyi 16.06.2018 - Fotoreportaj

“Qəbələ” mövsümlərarası fasilədə hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” Qəbələdə gerçəkləşən təlim-məşq toplanışının 5-ci gününü başa vurub. Komandamız iki dəfə məşq edib. Sabah Qəbələ şəhər stadionunda baş tutacaq məşq prosesi ilə hazırlığın 1-ci mərhələsi başa çatacaq.
Ardınca Bakıya yollanacaq “Qəbələ” paytaxtda yoxlama oyunu keçirəcək. Komandamız iyunun 18-də MOİK-lə üz-üzə gələcək. Qarşılaşma saat 11:30-da başlayacaq. “Qəbələ” iyunun 20-də Sloveniya təlim-məşq toplanışına yollanacaq.