«Qəbələ» Gürcüstan toplanışını başa vurdu
Xəbərlər / 26 İyun 2016 | 18:42172
«Qəbələ» Gürcüstan toplanışını başa vurdu

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan “Qəbələ” iyunun 16-da start verdiyi hazırlıqlarını başa vurub. “Qırmızı-qaralar” toplanışı 3-cü yoxlama oyunu ilə yekunlaşdırıb. Roman Qriqorçukun yetirmələri hazırlıqların son günündə Bolnisinin “Sioni” klubu ilə üz-üzə gəlib. İyunun 22-də rəqibini 4:0 hesabı ilə məğlub edən “Qəbələ” bu dəfə qollu heç-heçə ilə kifayətlənib. Komandamız matçın 20-ci dəqiqəsində hesabı açıb. Gürcüstan təmsilçisinin qapısına “qırmızı-qaralar”ın yeni transferi Nika Kvekveskiri yol tapıb. Bu qoldan 15 dəqiqə sonra meydan sahibləri hesabda tarazlıq yarada bilib – 1:1. Oyundan sonra komanda Bakıya qayıdıb.
Xatırladaq ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə görüşəcək “Qəbələ” qonşu ölkədə 3 yoxlama matçı keçirib. “Qırmızı-qaralar” “Sioni”ylə qarşılaşmalaradək (4:0, 1:1) Qorinin “Dila” klubu ilə (2:0) üz-üzə gəlib.