«Qəbələ» Hacinin komandasını məğlub etdi - Fotoreportaj
Xəbərlər / 28 Yanvar 2012 | 20:00580
«Qəbələ» Hacinin komandasını məğlub etdi - Fotoreportaj

“Qəbələ” Antalyadakı yoxlama matçları çərçivəsində 3-cü görüşdə  Rumınıyanın “Vitorul Konstanta” klubu ilə qarşılaşıb. Komandalar meydana aşağıdakı heyətlərlə çıxıblar:

“Qəbələ”: Grem Smit (Elnar Kərimov), Daniel Kruz, Lyubo Baranin, Saşa Yunisoğlu (Stiv Olfers), Mahir Şükürov (Ürfan Abbasov), Aleksandr Çertoqanov (Abdulkader Kamara), Bruno da Silva, Veselko Trivunoviç (Elmar Baxşıyev), Viktor Mendi, Yannik Kamanan (Nuran Qurbanov), Dodo (Murad Hüseynov). 

“Vitorul Konstanta” : Bolboaşa Mirel, Oniçaş Mihai, Larie Lonut, George Kalinraru, Alixandru Lazar, Vasilika Kristosea, Vasile Pakuraru, Vlad Rusu, Gabriel İanku, Valentin Simion, Florin Bejan.

Matç “Qəbələ”nin aşkar üstünlüyü ilə keçib. Matçın yeganə qolu isə 38-ci dəqiqədə Viktor Mendiden ideal ötürmə alan Luis Hilario Dodonun aktivinə yazılıb. Qarşılaşmanın 85-ci dəqiqəsində Daniel Kruz ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılsa da, “Qəbələ” qələbə hesabını qoruya bilib: 1-0.

Xatırladaq ki, əsası 2009-cu ildə qoyulan  “Vitorul Konstanta” klubunun sahibi əfsanəvi futbolçu George Hacidir. Tamaşaçılar arasında yer alan Haci matçı sona kimi izləyib. 

Beləliklə, “Qəbələ” Antalyada keçirdiyi 3-cü sınaq matçında qalib gəlib. İlk iki oyunda “Atırau” və “Krivbass”a 1:2 hesabilə məğlub olan “Qəbələ” yanvarın 31-I 4-cü yoxlama görüşündə “Obolon”la qarşılaşacaq.