«Qəbələ» - «Hayduk» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 25 Sentyabr 2022 | 10:50404
«Qəbələ» - «Hayduk» oyununun hakimləri müəyyənləşdi

UEFA Gənclər Liqasında mübarizə aparan “Qəbələ”nin U-19 komandasının ilk ev oyununun hakimləri müəyyənləşib. Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar”ın “Hayduk”la cavab görüşünü Türkiyədən olan ədalət təmsilçiləri idarə edəcək.

Oktyabrın 4-dəki matçın baş hakimi Arda Kardeşler olacaq. Ona həmyerliləri Mehmet Emin Tuğral və Süleyman Ozay kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi müəyyənləşməyib.

Xatırladaq ki, matç Qəbələ şəhər stadionunda baş tutacaq.

 

UEFA Gənclər Liqası

Çempionlar yolu, I mərhələ

Cavab oyunu, 4 oktyabr

17:00. “Qəbələ” (Azərbaycan) – “Hayduk” (Xorvatiya)

Hakimlər: Arda Kardeşler, Mehmet Emin Tuğral, Süleyman Ozay (hamısı Türkiyə)

Qəbələ şəhər stadionu

İlk oyun – 0:3