«Qəbələ» hazırlığa başladı
Xəbərlər / 5 Yanvar 2021 | 22:35221
«Qəbələ» hazırlığa başladı

“Qəbələ” 2020/21 mövsümünün ikinci hissəsinin hazırlıqlarına start verib. Azərbaycan Premyer Liqasının XIII turunun 2020-ci il dekabrın 24-də “Səbail”ə qarşı keçirilən oyunundan (3:1) sonra istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gəlib. Komandamız hazırlığa Qəbələdə başlayıb. Elmar Baxşıyevin yetirmələri toplanışın ilk günündə bir məşqlə kifayətlənib. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi yüngül məşqdən ibarət olub. “Qırmızı-qaralar” sabah iki məşq edəcək.

Xatırladaq ki, yanvarın 13-dək Qəbələdə məşq edəcək komandamız hazırlığını Bakıda tamamlayacaq. “Qırmızı-qaralar” yanvarın 14-də “Sumqayıt”la yoxlama oyununda qüvvəsini sınayacaq.