«Qəbələ» hazırlığa start verdi
Xəbərlər / 15 İyun 2022 | 22:54225
«Qəbələ» hazırlığa start verdi

“Qəbələ” 2022-2023-cü illər mövsümünün hazırlığına start verib. “Qırmızı-qaralar” mövsümlərarası fasilədəki istirahəti başa vuraraq bir araya gəlib. Bu gün komandamızın ilk məşqi baş tutub. Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında keçən hazırlıq prosesi fiziki təmrinlərlə başlayıb. Futbolçular məşqi toplu və topsuz çalışmalarla davam etdirib.

Xatırladaq ki, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 30-da başa çatacaq.