“Qəbələ” qış hazırlıq prosesinə start verib.
Misli Premyer Liqasının XVI turunun “Qarabağ”la dekabrın 21-də keçirilən oyunundan sonra istirahətə buraxılan komandamız bir araya gəlib. “Qırmızı-qaralar” qış təlim-məşq toplanışına Qəbələdə başlayıb.
2026-cı ilin ilk məşqi Qəbələ şəhər stadionunda baş tutub. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca toplu və topsuz çalışmalar yerinə yetiriblər.
Qeyd edək ki, 2025/26 mövsümünün ikinci hissəsinə hazırlığın Qəbələdə təşkil olunan birinci mərhələsi yanvarın 13-dək davam edəcək. “Qırmızı-qaralar” hazırlıq mərhələsinin ikinci hissəsini 14-18 yanvar tarixlərində Bakıda keçirəcək. Toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək komandamız yanvarın 10-da “Kəpəz”lə, 14-də “Araz Naxçıvan”la, 18-də “Baku Sportinq”lə üz-üzə gələcək.