«Qəbələ» hazırlığa start verir
Xəbərlər / 4 İyul 2021 | 18:41174
«Qəbələ» hazırlığa start verir

“Qəbələ” 2021/22 mövsümünün hazırlığına start verir. “Qırmızı-qaralar” sabah təlim-məşq toplanışına başlayacaq. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda hazırlığın ilk mərhələsini Qəbələdə gerçəkləşdirəcək. Komandamız sabah günün ikinci yarısında bir araya gələcək. Toplanışın ilk məşqi saat 18:30-a planlaşdırılıb. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda hazırlıq keçəcək.

Xatırladaq ki, Premyer Liqada yeni mövsüm avqustun 14-də başlayacaq.