“Qəbələ” 2023/24 mövsümünün ikinci yarısının hazırlığını davam etdirir. “Qırmızı-qaralar” təlim-məşq toplanışının beşinci gününü iki məşqlə yekunlaşdırıb.
Komandamızın ilk məşqi günün birinci yarısında baş tutub. Futbolçular fitnes zalda hazırlıq keçiblər. Baş məşqçi Elmar Baxşıyevin rəhbərlik etdiyi komandamız günün ikinci yarısında meydanda məşq keçib. Hazırlıq prosesi toplu və topsuz çalışmalardan ibarət olub.