“Qəbələ” hazırlığı davam etdirir - VİDEO
Xəbərlər / 10 Sentyabr 2024 | 19:251432
 “Qəbələ” hazırlığı davam etdirir - VİDEO

Sabah Azərbaycan çempionatının I Liqasında 2024-2025-ci illər mövsümünə start veriləcək. “Qəbələ” ilk turun son günündə meydana çıxacaq. Kaxaber Tsxadadzenin yetirmələri sentyabrın 13-də “Zaqatala”nı qəbul edəcək.

 

“Qırmızı-qaralar” yeni mövsümün hazırlığını Qəbələ şəhər stadionunda gerçəkləşdirir. Komandamızın start öncəsi son məşqlərindən videogörüntüləri təqdim edirik.

 

Qeyd edək ki, “Qəbələ” mövsümlərarası dövrdə 5 yoxlama oyunu keçirib. Küveyt təmsilçisi "Əl-Yarmuk"la heç-heçə (2:2) edən “Qəbələ” “Zaqatala” (2:0), “Cəbrayıl” (5:2, 4:1) və “Mingəçevir”ə (4:0) qalib gəlib.