«Qəbələ» hazırlığını paytaxtda davam etdirir
Xəbərlər / 23 Mart 2019 | 17:24720
«Qəbələ» hazırlığını paytaxtda davam etdirir

“Qəbələ” Topaz Premyer Liqasında yaranmış fasilə dövründə hazırlığını davam etdirir. “Qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir. Sənan Qurbanovun çalışdırdığı komanda hazırlıqları paytaxtdakı Biləcəri Futbol Mərkəzində reallaşdırır. Futbolçular məşq prosesində əsasən toplu çalışmalar yerinə yetirirlər. Azərbaycanın U-21 və U-19 milli komandalarına dəvət alan oyunçular məşq prosesinə qatılmayıb. Bunlar Murad Popov, Amin Seydiyev, Rüstəm Nuriyev, Rövlan Muradov və Samir Qurbanovdur.

“Qəbələ” fasilə dövründə yoxlama oyunu keçirəcək. Komandamız martın 25-də “Sumqayıt”la görüşəcək. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq matç saat 16:00-da start götürəcək.