«Qəbələ» hazırlıq prosesinə start verir
Xəbərlər / 7 Yanvar 2013 | 07:22267
Premyer Liqanın XVIII turundan – “Turan”la matçdan sonra istirahətə buraxılan “Qəbələ” hazırlıqlara start verir. Təlim-məşq prosesinin ilkin mərhələsi Mingəçevirdə baş tutacaq komanda sabah - yanvarın 8-i sözügedən şəhərə yollanacaq. Toplanışın birinci mərhələsi yanvarın 18-ə kimi davam edəcək. Hazırlıq müddətində komanda “Kür” oteldə məskunlaşacaq. Yanvarın 20-də isə komanda Antalyaya yola düşəcək. Hazırlıq prosesinin ikinci mərhələsinə fevralın 3-də yekun vurulacaq. Bu müddətdə “Qəbələ” qardaş ölkədə 4 yoldaşlıq oyunu keçirəcək. Qarşılaşmalar yanvarın 22-i, 25-i, 28-i və fevralın 1-i baş tutacaq. Komanda toplanış müddətində Antalyanın Belek bölgəsində yerləşən “Gloria Serenity” otelində məskunlaşacaq.