«Qəbələ» hazırlıqlara start verir
Xəbərlər / 4 Yanvar 2021 | 22:18246
«Qəbələ» hazırlıqlara start verir

“Qəbələ” 2020/21 mövsümünün ikinci hissəsinin hazırlıqlarına sabah start verəcək. “Qırmızı-qaralar” Qəbələdə bir araya gələcək. Komandamızın 2021-ci ildə ilk məşqi günün ikinci yarısına təsadüf edəcək. Baş məşqçi Elmar Baxşıyevin yetirmələri hazırlıq prosesi çərçivəsində öncədən nəzərdə tutulduğu kimi iki deyil, bir yoxlama görüşü keçiriləcək. Belə ki, yanvarın 10-na planlaşdırılan “Neftçi” ilə görüş baş tutmayacaq. Ayın 13-dək Qəbələ şəhər stadionunda hazırlıq keçəcək “qırmızı-qaralar” toplanışı Bakıda davam etdirəcək. Yanvarın 14-də komandamız “Sumqayıt”la matçda qüvvəsini sınayacaq. “Qəbələ”nin məşqlərinə U-19 komandamızın dörd üzvü də qatılacaq.