«Qəbələ» hazırlıqları davam etdirir
Xəbərlər / 23 Mart 2021 | 23:16207
«Qəbələ» hazırlıqları davam etdirir

“Qəbələ” Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar olan fasilədə Bakıda məşq keçir. Baş məşqçi Elmar Baxşıyevin yetirmələri hazırlıqlarını Bakı Olimpiya Stadionunda gerçəkləşdirir. Gündə iki dəfə məşq keçən komandanın məşqlərində yalnız Azərbaycanın U-21 yığmasına çağırılan Rüfət Əhmədov iştirak etmir. “Qırmızı-qaralar”ın hazırlıq prosesinə klubun futbol akademiyasının 5 gənc oyunçusu da qatılıb. “Qəbələ”nın hazırlıq prosesində  keçirəcəyi yoxlama oyunlarının yeri və vaxtında bəzi dəyişikliklər olub. “Zirə” ilə qarşılaşma martın 26-da baş tutacaq. “Azersun Arena” stadionundakı matç saat 17:00-da başlayacaq. Azərbaycanın U-21 yığması ilə üç gün sonra keçiriləcək qarşılaşma “Bakcell Arena”da təşkil olunacaq. Görüş saat 16:00-da start götürəcək.