«Qəbələ» hazırlıqlarını davam etdirir
Xəbərlər / 3 Sentyabr 2014 | 11:19187
«Qəbələ» hazırlıqlarını davam etdirir

Topaz Premyer Liqasının V turu çərçivəsində sentyabrın 13-də səfərdə "Simurq"la üz-üzə gələcək "qırmızı-qaralar" matçın hazırlıqlarını doğma məkanda davam etdirir. Ötən turdan ("Qəbələ"-AZAL 1:2) sonra iki gün istirahət edən, ardından isə Qəbələdə biraraya gələn "qırmızı-qaralar" dünəndən məşq prosesini bərpa edib. Məşqlərdə zədəsi olan Volodimir Levin və milli komandaların heyətində yer alan Kamran Ağayev, Cavid Hüseynov, Ruslan Abışov, Ruslan Əmircanov (əsas milli), Ürfan Abbasov (U-21) iştirak etmirlər. 
Dorinel Muntyanunun yetirmələri hazırlıq çərçivəsində sentyabrın 6-ı "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası ilə qarşılaşacaqlar.