«Qəbələ» hazırlıqlarını davam etdirir
Xəbərlər / 31 Avqust 2018 | 22:11279
«Qəbələ» hazırlıqlarını davam etdirir

Topaz Premyer Liqasının III turundan sonra istirahətə buraxılan "Qəbələ" hazırlıqlarını bərpa edib. "Sumqayıt"la görüşün ardından məşqlərinə 4 günlük ara verən "qırmızı-qaralar" dünən Bakıda bir araya gəlib. Hazırlıqlarını paytaxtda gerçəkləşdirən Sənan Qurbanovun yetirmələri "Bakı" FK-nın bazasında məşq edib. Komandamız avqustun 30-da keçirilən hazırlıq prosesində fiziki çalışmalar və toplu məşqlə kifayətlənib. Bugünkü məşq isə toplu hərəkətlərdən ibarət olub. Milli komandaların heyətinə dəvət olunan futbolçuların qatılmadığı hazırlıqa U-19 komandamızın bir neçə üzvü də qatılıb.

Xatırladaq ki, Cavid Hüseynov, Ürfan Abbasov, Təmkin Xəlilzadə, Rauf Əliyev Azərbaycanın əsas, Amin Seydiyev, Bəhlul Mustafazadə U-21 milli komandasına, Sabien Lilay Albaniya, Lalavele Atakora Toqo yığmasına çağırılıb.