“Qəbələ” – “Keşlə” – 2:0
14 fevral 2021. Saat 15:00. Qəbələ şəhər stadionu, tamaşaçısız
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Nahid Əliyev
Dördüncü hakim: Rəhim Həsənov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Asif Məmmədov, 19 (qeyri-idman hərəkəti); Murad Musayev, 45+1 (qeyri-idman hərəkəti); Nikolas Raysel, 45+1 (hakimin qərarına etiraz); Stefan Vukçeviç, 65 (qeyri-idman hərəkəti) // Sadio Tounkara, 26 (qeyri-idman hərəkəti); Yevgeni Koçuk, 50 (qeyri-idman hərəkəti); Miyusko Boyoviç, 61 (qeyri-idman hərəkəti)
Qollar: Merab Qiqauri, 50; Rafael Utriq, 70
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.
Azərbaycan Premyer Liqasında XV turun ikinci oyun gününə start verilib. “Qəbələ” mövsümün III dövrəsinə ev matçı ilə start verilib. “Qırmızı-qaralar” öz meydanında “Keşlə” ilə görüşüb. “Qarabağ”a qarşı kubokda keçirilən son görüşlə müqayisədə komandamızın start heyətində iki dəyişiklik olub. Baş məşqçi Elmar Baxşıyev Yurgen Qoxa və Rövlan Muradova ilk dəqiqələrdən şans verib. Onlar “11-lik”də Ceyms Adeniyi və Vinko Medimoreçi əvəzləyib.
Qarşılıqlı hücumlarla keçən ilk 45 dəqiqə qapılar önündə real qol vəziyyətləri ilə zəngin olmayıb. Oyunun əvvəlində Nikolas Rayselin əlverişli mövqedən zərbə cəhdi uğursuz alınıb. Sonra bir müddət “Qəbələ” daha çox topa nəzarət etsə də, qonaqların qapıçısına çətinlik yaşatmayıb. Hissənin ortalarında təşəbbüsə paytaxt təmsilçisi yiyələnib. Asif Məmmədovla Merab Qiqaurinin qapı istiqamətində zərbələri çərçivəyə düşməyib. Rafael Utriqin başla toxunuşu yetərli olmayıb. “Keşlə”nin azsaylı təhlükəli hücumlarından biri zamanı Anar Nəzirov ustalığını göstərib.
“Qəbələ” ikinci hissəyə daha fəal başlayıb. Bu fəallıq öz bəhrəsini verib. Asif Məmmədovun ötürməsindən sonra Merab Qiqaurinin zərbəsi rəqibdən dönüb, gürcüstanlı legionerin cərimə meydanı daxilindən təkrar toxunuşu hesabın açılması ilə başa çatıb. Buraxılan qoldan sonra bakılılar daha çox hücum edib. Bu, müdafiədə etibarlı oynayan “qırmızı-qaralar”a sürətli əks-həmlələr qurmaq imkanı verib. Belə hücumların birində Nikolas Rayselin zərbəsi zamanı top qapının üstündən keçib. Qonaqların hücumları zamanı bir neçə dəfə oyuna daxil olan Anar Nəzirov inamlı çıxış edib. “Qəbələ” əks-hücumda fərqi artırmağa nail olub. Bu dəfə Rafael Utriq rəqib qapısına yol tapıb. Bu qol oyunun ssenarisini dəyişməyib. Paytaxt təmsilçiləri topa daha çox nəzarət etsə də, “qırmızı-qaralar”ın hücumları daha yaddaqalan alınıb. Lakin komandamız üçüncü topu vurmaq üçün yaranan azsaylı imkanlardan yararlanmayıb. Uzatma dəqiqələrində Ceyms Adeniyi qapıçı ilə üz-üzə qalsa da, hesabı artıra bilməyib. Beləliklə, “Qəbələ” çempionatın III dövrəsinə 2:0 hesablı ev qələbəsi ilə başlayıb.
“Qəbələ”
1. Anar Nəzirov (k)
11. Asif Məmmədov
(14. Cavid Hüseynov, 68)
28. Murad Musayev
9. Ehtiram Şahverdiyev
77. Merab Qiqauri
32. Nikolas Raysel
(70. Ülvi İsgəndərov, 85)
13. Yurgen Qoxa
26. Stefan Vukçeviç
23. Rafael Utriq
10. Rövlan Muradov
(99. Ceyms Adeniyi, 64)
71. Rüfət Əhmədov
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
74. Yusif Nəbiyev
4. Sadiq Quliyev
7. Roman Hüseynov
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
“Keşlə”
1. Stanislav Namaşko
19. Azər Salahlı
(23. Nicat Qurbanov, 74)
17. Vüsal İsgəndərli
8. Tural Axundov
4. Şəhriyar Əliyev (k)
21. Miyusko Boyoviç
10. Sezar Meza Kolli
91. Sadio Tonkara
9. Anatole Abanq
29. Yevgeni Koçuk
(11. Silvio Rodriqes, 75)
99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular:
85. Kamal Bayramov
27. Əkpər Vəliyev
3. Tərlan Quliyev
18. Ruslan Əmircanov
20. Rail Məlikov
14. Turan Vəlizadə
79. Bahadur Həziyev
78. Şirin Şirinov
Baş məşqçi: Sənan Qurbanov