“Qəbələ” İK-nın qış hazırlıq planı müəyyənləşdi
Xəbərlər / 22 Dekabr 2025 | 18:2018373
“Qəbələ” İK-nın qış hazırlıq planı müəyyənləşdi

“Qəbələ” İK-nın qış hazırlıq planı müəyyənləşib.

 

Misli Premyer Liqasının XVI turunun “Qarabağ”la dekabrın 21-də keçirilən oyundan sonra istirahətə buraxılan komandamız yanvarın 3-də toplaşacaq. Hazırlıq prossesinin birinci mərhələsi yanvarın 13-dək Qəbələdə olacaq.  

 

“Qırmızı-qaralar” hazırlıq mərhələsinin ikinci hissəsini 14-18 yanvar tarixlərində Bakıda keçirəcək. 

 

Komandamızın toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Rəqiblər müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.

 

“Qəbələ” 2026-ci ildə ilk rəsmi oyununu Misli Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 24-ü səfərdə “Şamaxı”ya qarşı keçirəcək.