«Qəbələ» iki futbolçu ilə yollarını ayırdı
Xəbərlər / 18 Aprel 2014 | 13:36205
"Qəbələ" Yannik Kamanan və Omar Kalabane ilə yollarını ayırıb. Qarşılıqlı razılaşma əsasında futbolçularla müqaviləyə xitam verilib. Yannik Kamanan 2012-ci ilin yanvar ayından "Qəbələ"nin şərəfini qoruyurdu. Hücumçu bu müddət ərzində "qırmızı-qara" forma ilə 68 oyuna çıxıb və 18 dəfə fərqlənib.
Omar Kalabane isə "Qəbələ"yə 2012-ci ilin iyul ayında qoşulmuşdu. Qvineyalı müdafiəçi komandamızın heyətində 32 oyun keçirib və 2 qola imza atıb.
"Qəbələ" İdman Klubu Yannik Kamanan və Omar Kalabaneyə "qırmızı-qara" forma ilə keçirdikləri oyunlara və qazanılan qələbələrdəki paylarıına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.