«Qəbələ» ikinci oyununu keçirdi
Xəbərlər / 19 İyun 2014 | 05:36196
«Qəbələ» ikinci oyununu keçirdi

Sloveniyada təlim-məşq prosesini davam etdirən "Qəbələ" hazırlıq çərçivəsində ikinci oyununu keçirib. İlk oyunda Sloveniyanın III liqa təmsilçisi "Stoynitsa"nı 1:0 hesabilə məğlub edən "qırmızı-qaralar" növbəti qarşılaşmada "Koper" (Sloveniya)  ilə üz-üzə gəlib. "Qəbələ" meydançaya aşağıdakı start heyətlə çıxıb:
Anar Nəzirov, Ruslan Əmircanov, Volodimir Levin, Rafael Santos, Ürfan Abbasov, Murad Musayev, Ruslan Tağızadə, Elvin Camalov, Nizami Hacıyev, Luis Hilario Dodo, Viktor Mendi.
Matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ" sözügedən ölkədə növbəti oyununu iyunun 21-i keçirəcək. Muntyanunun komandası Bolqarıstan "Botev"i ilə qarşılaşacaq.