«Qəbələ» ikincilik şansından yararlana bilmədi
Oyun icmalı / 16 Dekabr 2012 | 12:31867
«Qəbələ» ikincilik şansından yararlana bilmədi

"Qəbələ" - "Simurq" 0:1
Qol: Mario Bojiç, 77

16 dekabr 2012. Saat 14:00. Qəbələ şəhəri, Böyük Əmili kənd stadionu. 500 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Ramiz Əsədov, Elşən Acalov
Dördüncü hakim: İnqilab Məmmədov
AFFA nümayəndəsi:Oqtay Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Sarı vərəqələr: Elmar Baxşıyev, 38 (qeyri-idman hərəkəti) // Aleksandr Şemonayev, 33 (qeyri-idman hərəkəti); İlkin Qırtımov, 53 (qeyri-idman hərəkəti); Rasim Ramaldanov, 56 (qeyri-idman hərəkəti); Mario Bojiç, 60 (qeyri-idman hərəkəti); Murad Səttarlı, 85 (qeyri-idman hərəkəti); Qərib İbrahimov, 90+2 (qeyri-idman hərəkəti); David Pietrzkeviç, 90+3 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: David Pietrzkeviç (oyundan sonra hakimi təhqir etdiyinə görə)
Qol: Mario Bojiç, 77
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

Güclü qar yağması səbəbindən "Simurq"la qarşılaşma Qəbələ Şəhər mərkəzi stadionunda deyil , klubun Böyük Əmili kəndində yerləşən təlim məşq bazasında baş tutdu. Medallara iddialı olan komandaların görüşü ilk altılığa biletlərin təmin olunması baxımından əhəmiyyət kəsb edirdi. "Qəbələ" bu qarşılaşmada qalib gəlməklə turnir cədvəlinin ikinci pilləsinə yüksələ bilərdi.
 Oyuna da meydan sahibləri daha fəal başladı. İlk hücum 12-ci dəqiqədə gəldi. Rodriges Assisin sol cinahdan ötürməsini Yannik Kamanan dəqiq tamamlaya bilmədi. Azarkeşlərin dəstəyi altında irəli atılan “Qəbələ” az sonra növbəti dəfə qol vurmaq imkanını qaçırdı. Yenə Kamanan diqqət mərkəzinə düşdü. Onun cərimə meydançası daxilindən zərbəsini Pietrzkieviç dəf etdi. Ramiz Məmmədovun komandası oyuna fəal başlasa da, ilk hissənin ortalarından başlayaraq, “Simurq” oyunu bərabərləşdirdi. Fasiləyə kimi azarkeşlər başqa qol vəziyyəti izləmədilər və ilk hissə qolsuz bərabərliklə başa çatdı.
İkinci hissəyə də komandamız fəal başladı. 48-ci dəqiqədə Rəşad Abdullayevin yerinə yetirdiyi cərimə zərbəsindən sonra Pietrzkieviç topu iki cəhddən sonra tuta bildi. Getdikcə sürəti artıran “Qəbələ” 58-ci dəqiqədə növbəti dəfə rəqibin qapıçısını həyəcanlandıra bildi. Bu dəfə Bruno da Silvanın uzaq məsafədən zərbəsindən sonra top qapının üstündən keçdi. Fasilədən sonra Məmmədovun yetirmələri daha çox uzaq məsafədən zərbələrə bel bağlayırdılar. Belə epizodların birində Rəşad Abdullayevin növbəti zərbəsindən sonra yenə “Simurq”un qolkiperi yaxşı oynadı. Hamının “Qəbələ”dən qol gözlədiyi bir vaxtda “Simurq” hesabı açdı. 77-ci dəqiqədə zaqatalılar sürətli əks-hücum sayəsində istəklərinə nail oldular. Sol cinahdan qapı qarşısına hava ötürməsini Mario Bojiç dəqiq baş zərbəsi ilə qola çevirdi. Qalan dəqiqələrdə komandamız nə qədər çalışsa da, məğlubiyyətdən xilas ola bilmədi. Oyunun sonları “Simurq” üçün gərgin keçdi. Nəticədə qonaqların qapıçısı Pietrzkeviç əvvəlcə sarı, hakimin final fitindən sonra isə qırmızı vərəqə ilə cəzalandırıldı.


“Qəbələ”

30. Anar Nəzirov 
8. Bruno Da Silva 
10. Luis Paulo Hilario
11. Yannik Kamanan 
15. Umar Kalabane 
19. Rövşən Əmiraslanov
21. Elmar Baxşıyev
(9. Viktor Mendi, dəq.55)
22. Lourival Rodriqes 
27. Rəşad Abdullayev (k)
34. Ürfan Abbasov
84. Dejan Kelhar 

Ehtiyat oyunçular:

25. Dieqo Kosta Silva
7. Yaşar Abuzərov 
3. Vurğun Hüseynov
23. Şəhriyar Xəlilov 
26. Daniel Lopes Kruz
35. Tərzin Cahangirov

Baş məşqçi: Ramiz Məmmədov

“Simurq”

22. David Pietrzkieviç 
2. İlkin Qırtımov
3. Rasim Ramaldanov (k)
(17. Rüstəm Məmmədov, dəq.90+3)
7. Ruslan Poladov 
8. Qərib İbrahimov
10. Zdravko Popoviç 
(20. Rəşad Eyubov, dəq.88)
13. Aleksandr Şemonayev
15. Stepan Polyak
6. Anderson Olivyera 
21. Murad Səttarlı 
(19. Nicat Qurbanov, dəq.85)
25. Mario Bojiç

Ehtiyat oyunçular:

1. Dmitri Kramarenko
9. Marçin Burxardt 
14. Asif Mirili
79. Nenad Stoyanoviç

Baş məşqçi: Georgi Çixradze

Georgi Çixradze: “Altılığa düşmək üçün vacib oyun idi. Çox yaxşı komandaya qarşı oynadıq, çətin oyun oldu. Üç xal qazandığımız üçün komandaya təşəkkür edirəm”.

Ramiz Məmmədov: “Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Bizim üçün vacib oyunlardan biri idi. Bu oyuna yaxşı hazırlaşsaq da, qələbə qazana bilmədik”.