Sabah Misli Premyer Liqasında II tura yekun vurulacaq. “Qəbələ” turun son günündə meydana çıxacaq.
“Qırmızı-qaralar” çempionatın ilk ev oyununda “Şamaxı” ilə görüşəcək. Komandamız bu gün baş tutan oyunöncəsi son məşqlə qarşılaşmanın hazırlığını başa vurub.
Xatırladaq ki, “Qəbələ” – “Şamaxı” matçı Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 18:20-də başlayacaq.