«Qəbələ» ilk matç öncəsi gəzintiyə çıxdı
Xəbərlər / 20 İyul 2013 | 10:06237
«Qəbələ» ilk matç öncəsi gəzintiyə çıxdı

Avstriyanın Zalsburq bölgəsində hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün sözügedən məkanda ilk sınaq oyununu keçirəcək. Bu məqsədlə komandanın səhər məşqi gəzinti ilə əvəz olunub. Baş məşqçi Yuri Syomin və məşqçi Sənan Qurbanovun başçılığı altında gəzintiyə çıxan komanda bölgənin dağlıq və meşəlik ərazisində olub. 
Yüngül zədəsi olan Yannik Kamanan, Rail Məlikov, Abdulvahid Afolabi və düşərgəyə sonradan qatılan Elvin Camalov və Fərid Ağayev digər məşqçi heyətinin rəhbərliyi altında səhər məşqinə çıxıb.