«Qəbələ» ilk sınaqdan böyükhesablı qələbə ilə çıxdı - Fotoreportaj
Xəbərlər / 17 İyul 2014 | 21:55165
«Qəbələ» ilk sınaqdan böyükhesablı qələbə ilə çıxdı - Fotoreportaj

Hollandiyada yeni mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" toplanış çərçivəsində ilk oyununu keçirib. "Qırmızı-qaralar" yerli "AFC Arnem"lə qarşılaşıb. Komandamız meydançaya aşağıdakı heyətlə çıxıb:

Anar Nəzirov, Elnur Allahverdiyev, Rafael Santos, Pavol Farkaş, Ruslan Əmircanov, Adrian Ropotan, Ruslan Abışov, Dodo, Cavid Hüseynov, Elvin Camalov, Andrey Kristea.

Matç başdan sonadək "Qəbələ"nin üstünlüyü şərairtində keçib. İlk hissə ərzində "qırmızı-qaralar" bir neçə əlverişli qol epizodu yaratsa da, fasiləyə kimi hesab açılmayıb. 
İkinci hissədə Dorinel Muntyanu meydançaya Viktor Mendi, Nizami Hacıyev, Pulhak, Ürfan Abbasov, Müşfiq Teymurov, Sadiq Quliyev, Şirməhəmməd Məmmədov, Murad Musayev və Volodimir Levini buraxıb. "Qəbələ" rəqibin müqavimətini 73-cü dəqiqədə qırmağı bacarıb. Nizamı Hacıyev hesabı açıb. 2 dəqiqə sonra Murad Musayev Nizami Hacıyevin künc zərbəsində ötürdüyü topu başla tora göndərib. 82-ci dəqiqədə hesab arasındakı fərq 3-ə çatıb. Kristea dəqiq zərbə ilə rəqibi meydançanın mərkəzinə dəvət edib. Matçda son nöqtəni də rumıniyalı qoyub. 85-ci dəqiqəyə təsadüf edən qolla Kristea dublunu rəsmiləşdirib. Beləliklə, "Qəbələ" Hollandiyada keçirdiyi ilk sınaq oyununda böyükhesablı qələbə qazanıb. Komandamız növbəti matçını iyulun 20-də Hollandiya təmsilçisi "AZ Alkmaar"a qarşı keçirəcək.