«Qəbələ» ilk turun hazırlığına start verdi
Xəbərlər / 6 Avqust 2016 | 17:44146
«Qəbələ» ilk turun hazırlığına start verdi

“Qəbələ” Topaz Premyer Liqasının yeni mövsümünün ilk turunun hazırlığına start verib. UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Lill”ə (Fransa) qarşı cavab oyunundan (1:0) sonra bir günlük istirahətə buraxılan komanda məşqlərini bərpa edib. “Kəpəz”lə I turun ev oyununu Bakıda keçirəcək “qırmızı-qaralar” matçın hazırlığını da paytaxtda gerçəkləşdirir. Bu gün baş tutan ilk məşqdə futbolçular iki qrupda çalışıb. Fransa klubu ilə görüşün iştirakçıları bərpaedici və fiziki hazırlıq keçiblər. Digər oyunçular isə toplu çalışmalara üstünlük veriblər.
Xatırladaq ki, I turun “Qəbələ” – “Kəpəz” görüşü avqustun 8-də keçiriləcək. Bakıdakı “Dalğa Arena”da baş tutacaq oyunun start fiti saat 19:00-da veriləcək.

Topaz Premyer Liqası
I tur
8 avqust (bazar ertəsi)
19:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim inspektor: Xaqani Məmmədov
Bakı. “Dalğa Arena”