“Qəbələ” – “İmişli” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 29 Yanvar 2026 | 12:098375
“Qəbələ” – “İmişli” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasının XVIII turunun təyinatları açıqlanıb.

 

Yanvarın 30-da keçiriləcək “Qəbələ” – “İmişli” oyununun baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona Akif Əmirəli və Kərim Zeynalov kömək edəcəklər.

 

Ruslan Quliyev dördüncü hakim funksiyasını yerinə yetirəcək. Əliyar Ağayev VAR, Rahil Ramazanov AVAR, Zöhrab Qədiyev hakim-inspektor, Mübariz Hüseynov AFFA nümayəndəsi olacaq.

 

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.