“Qəbələ” – “İmişli” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 10 Aprel 2026 | 09:356782
“Qəbələ” – “İmişli” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XXVII turun təyinatları açıqlanıb.

 

Aprelin 12-də keçiriləcək “Qəbələ” – “İmişli” matçının baş hakimi Rəşad Əhmədov olacaq. Ona Eyyub İbrahimov və Tərlan Talıbzadə kömək edəcəklər.

 

İslam Məmmədov dördüncü hakim, Əli Əliyev VAR, Zöhrab Abbasov AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Əmrah İbrahimov, AFFA nümayəndəsi isə Kifayət Mustafayeva olacaq.

 

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 15:30-da başlayacaq.