Misli Premyer Liqasında IV turun təyinatları açıqlanıb.
“Qəbələ”nin “İmişli” ilə oyununu Rauf Cabarov idarə edəcək. Onun köməkçiləri Rahil Ramazanov və Tərlan Talıbzadə olacaq.
Rəvan Həmzəzadə dördüncü hakim, Rəşad Əhmədov VAR, Eyyub İbrahimov AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru İmanxan Sultani olacaq.
Qeyd edək ki, sentyabrın 4-də Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 18:00-da başlayacaq.