“Qəbələ” – “İmişli” oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 17 Oktyabr 2024 | 15:23175
“Qəbələ” – “İmişli” oyununun vaxtı müəyyənləşdi

I Liqada VI turun oyun cədvəli açıqlanıb. “Qəbələ”nin “İmişli” ilə matçının yeri və vaxtı dəqiqləşib.

 

İmişli şəhər stadionunda əsaslı təmir və yenidənqurma işləri  davam etdiyi üçün komandalar arasında keçirilməli olan 1-ci və 2-ci dövrə oyunlarının yeri Peşəkar Futbol Liqasının qərarı ilə dəyişdirilib. Bu üzdən VI turun qarşılaşması Qəbələ şəhər stadionunda keçiriləcək.

 

Oktyabrın 26-da baş tutacaq oyun saat 15:30-da başlayacaq. Qarşılaşma Peşəkar Futbol Liqasının I Liqa / II Liqa yutub kanalında canlı yayımlanacaq.

 

I Liqa

VI tur

26 oktyabr (şənbə)
15:30. “Qəbələ” – “İmişli” 
Qəbələ şəhər stadionu