“Qəbələ” İmişli səfərində
Xəbərlər / 17 Aprel 2025 | 12:192701
“Qəbələ” İmişli səfərində

Bu gün I Liqada XXII tura start veriləcək.

 

“Qəbələ” ikinci oyun günündə meydana çıxacaq. Komandamız İmişlidə eyniadlı komanda ilə qarşılaşacaq.

 

21 oyundan sonra 55 xalla yarışın lideri olan “qırmızı-qaralar” bu tur 1-ci yeri təmin edə bilər.  Kaxaber Tsxadadzenin çalışdırdığı komanda səfərdən 3 xalla dönsə, izləyiciləri üçün əlçatmaz olacaq. Digər matçların nəticələrindən asılı olaraq “Qəbələ”yə 1 xal da kifayət edə bilər.

 

Qarşılaşma Heydər Əliyev adına İmişli şəhər stadionunda baş tutacaq. Görüş saat 16:30-da baş tutacaq.

 

Qeyd edək ki, “Qəbələ” keçirdiyi 21 oyunda 17 qələbə qazanıb və 4 he-heçə edib.

 

I Liqa, XXII tur

18 aprel (cümə) 

16:30. “İmişli” – “Qəbələ”

Hakimlər: Elvin Bayramov, Rasim Axundov, Asif Abdullayev, Emin Əliyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Heydər Əliyev adına İmişli şəhər stadionu