Sabah I Liqada XIV tura start veriləcək.
Turun matçları iki günü əhatə edəcək. “Qəbələ” ilk oyun günündə meydana çıxacaq.
“Qırmızı-qaralar” İmişlidə eyniadlı komandanın qonağı olacaq. Qarşılaşma Heydər Əliyev adına İmişli şəhər stadionunda baş tutacaq.
Səfərdəki bütün qarşılaşmalarda qalib gələn komandamız seriyasını 6-ya çatdırmaq üçün meydana çıxacaq. 13 turdan sonra 33 xala malik Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda I Liqanın lideridir. “Qırmızı-qaralar” bu görüşlərdə qol buraxmayıb.
Qeyd edək ki, oyun saat 14:00-da başlayacaq.
I Liqa
XIV tur
13 fevral (cümə axşamı)
14:00. “İmişli” – “Qəbələ”
Hakimlər: Nicat İsmayıllı, Asif Abdullayev, Zakir Şükürzadə, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Heydər Əliyev adına İmişli şəhər stadionu