“İmişli” – “Qəbələ” – 1:2
13 fevral 2025. Saat 14:00. Heydər Əliyev adına İmişli şəhər stadionu. 1500
tamaşaçı
Baş hakim: Nicat İsmayıllı
Baş hakimin köməkçiləri: Asif Abdullayev, Zakir Şükürzadə
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Rəhim Cəfərli, 51 (qeyri-idman hərəkəti); Xəlil Bəşirov, 58 (qeyriidman hərəkəti) // Murad Musayev, 21 (qeyri-idman hərəkəti); Emil Süleymanov, 48
(qeyri-idman hərəkəti); Səlahət Ağayev, 90+5 (oyunun bərpasının ləngidilməsi)
Rəsmi şəxsə göstərilən sarı vərəqələr: Amil Ağacanov (“Qəbələ”), 49; 49
(hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Amil Ağacanov (“Qəbələ”), 49
Qollar: Dioqo Vaskes, 71 // Şahin Şahniyarov, 58; Domi Massumo, 82
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
“Qəbələ” növbəti oyununu keçirib.
“Qırmızı-qaralar” I Liqanın XIV turunun matçına çıxıb. Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda İmişlidə eyniadlı təmsilçisi ilə qarşılaşıb.
Matç qarşılıqlı hücumlarla keçib. Görüşün taleyi matçın ikinci hissəsində həll olunub. Öncə Şahin Şahniyarov hesabı açıb.
Meydan sahibləri 72-ci dəqiqədə bərabərlik oluna imza atıb. Bu, əvvəlki 13 turda qapısını toxunulmaz saxlayan “Qəbələ”nin mövsümdə buraxdığı ilk top olub.
1241 dəqiqəlik quru seriyaya imza atan “qırmızı-qaralar” buraxılan topdan 10 dəqiqə sonra yenidən hesabda önə keçib. Domi Massoumo komandamızın qələbə qolunun müəllifi olub – 2:1.
Bununla da “Qəbələ” mövsümdə ardıcıl 6-cı səfər qələbəsini qazanıb. 14 turdan sonra hesabında 36 xal olan “qırmızı-qaralar” yarışın lideridir.
Qeyd edək ki, komandamız XV turda MOİK-lə qarşılaşacaq. Fevralın 19-da Binə qəsəbə stadionunda keçiriləcək səfər matçı saat 14:00-da başlayacaq.
“İmişli”
36. Elməddin Sultanov
77. Elmir Rəhimzadə (k)
21. Abbas Ağazadə
6. Xəyal Tomarov
9. Xəlil Bəşirov
(8. Tolqar Yaqubov, 87)
13. İdris İnqilablı
70. Mehdi Tahirov
23. Dioqo Vaskes
44. Həzrət İsayev
(7. Pablo Alveş, 61)
32. Rəhim Cəfərli
10. Oluvasen Timilehin
Ehtiyat oyunçular:
33. Andrey Sinenka
19. Fazil Həsənzadə
30. Nəbi Məmmədov
99. Cavidan Qasımlı
29. Vüsal Qənbərov
17. Firəddin Abdullayev
14. Lətif Rzayev
Baş məşqçi: Fərid Namazov
“Qəbələ”
1. Səlahət Ağayev
28. Murad Musayev (k)
9. Ruslan Voronsov
(97. Elşad Tağıyev, 46)
8. Urfan İsmayılov
(6. Emil Süleymanov, 46)
13. Nicat Əliyev
20. Oçe Oçoveçi
(19. Abdullahi Şuaybu, 77)
74. Süleyman Damadayev
5. Samir Həsənov
14. Domi Massumo
(22. Fərid İsgəndərov, 89)
66. Nuğay Rəşidov
10. Şahin Şahniyarov
Ehtiyat oyunçular:
12. Müşfiq Nadirov
94. Həbib Hüşənov
11. Asif Məmmədov
25. İbrahim Ramazanov
26. Elnur Mustafayev
21. Ziya Şəkərxanov
Baş məşqçi: Kaxaber Tsxadadze