“İnter” - “Qəbələ” – 1:3
Azərbaycan Kuboku, ½ final mərhələsi, ilk oyun
30 mart 2017. Saat 17:00. “İnter Arena”, 500 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Mehman Mahmudov
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Elnur Abdullayev, 13 (qeyri-idman hərəkəti); Tərlan Quliyev, 34 (hakim qərarına etiraz); Orxan Sadıqlı, 87 (qeyri-idman hərəkəti) // Rafael Santos, 90+3 (qeyri-idman hərəkəti)
Qollar: Adrian Skarlatake, 18 // Daniel Subotiç, 14 (p.), 47; Filip Ozobiç,88 (p.)
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinə start verilib. İlk oyunlara “İnter Arena”da start verilib. Günün ilk qarşılaşmasında “Qəbələ” “İnter”in qonağı olub. Son oyunla müqayisədə baş məşqçi Roman Qriqorçuk start heyətində 2 dəyişiklik edib. Rasim Ramaldanov və Nika Kvekveskirinin yoxluğunda Rəşad Sadiqovla Rafael Santos matça start “11-lik”də başlayıb.
Oyun qarşılıqlı hücumlarla başlasa da, “Qəbələ” üstünlüyü ələ ala bilib. Daha fəal olan “qırmızı-qaralar” ardıcıl hücumlarla azarkeşlərini sevindirməyə çalışıb. Bu həmlələrin biri zamanı meydan sahibləri cərimə meydançasında kobudluğa yol verib. Hakimin təyin etdiyi penaltini Daniel Subotiç dəqiq yerinə yetirib – 1:0. Bu, tarixində 51-ci kubok matçına çıxan “Qəbələ”nin yubiley – 80-ci qolu olub. “İnter” bərabərlik qolunu cəmi 3 dəqiqə sonra vurub. Meydan sahiblərinin heyətində Adrian Skarlatake fərqlənib. Buraxılan qoldan sonra fəallığını artıran “Qəbələ” üstünlüyü tam ələ alıb. Müdafiəyə qapanan bakılılar isə əsasən sürətli əks-hücumlar təşkil edib. “Qırmızı-qaralar” rəqib qapısı önündə gərginlik yaratmağa nail olsa da, real qol vəziyyətləri qurmaqda çətinlik çəkib.
Matçın ikinci yarısı qolla başlayıb. Belə ki, fasilədən 2 dəqiqə sonra Subotiç dublunu rəsmiləşdirib – 2:1. O, Ozobiçin zərbəsindən sonra sıçrayan topa hamıdan tez zərbə endirib. “İnter” oyunda bərabərlik yaratmağa çalışsa da, komandamız daha bir dəfə fərqlənib. Lakin Rafael Santosun qolu qeydə alınmayıb. Bundan sonra fəallaşan paytaxt təmsilçisi hücuma hücumla cavab verməyə çalışıb. Qarşılıqlı hücumlar qol vəziyyətləri ilə nəticələnməyib. Əvəzində “qırmızı-qaralar” daha bir penalti qazanıb. Topaz Premyer Liqasının ən yaxşı bombardiri olan Filip Ozobiç rəqib qapısına qarşısıalınmaz zərbə endirib – 3:1. Bu qoldan sonra tərəflərin cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.
Beləliklə, “Qəbələ” yarımfinalın ilk oyununda 3:1 hesablı qələbə qazanıb. Komandalar arasında cavab oyunu aprelin 5-də keçiriləcək.
“İnter”
13. Orxan Sadıqlı
22. İlkin Qırtımov
3. Denis Silva
27. Adrian Skarlatake
33. Tərlan Quliyev
19. Mirhüseyn Seyidov
(14. Zurab Xizanişvili, 72)
8. Nizami Hacıyev (k)
88. Məmməd Quliyev
10. Elnur Abdullayev
(6. Samir Zərgərov, 80)
4. Slavik Alxasov
11. Rauf Əliyev
Ehtiyat oyunçular:
16. Şahin Zəkiyev
65. Cabir Əmirli
20. Aqşin Quluzadə
7. Mirsahib Abbasov
99. Ricat Qarayev
Baş məşqçi: Zaur Svanadze
“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
6. Rəşad Sadiqov (k)
(14. Cavid Hüseynov, 78)
10. Ruslan Qurbanov
11. Asif Məmmədov
(21. Roman Hüseynov, 90+1)
19. Filip Ozobiç
27. Teo Uiks
31. Daniel Subotiç
(9. Sergey Zenyov, 68)
34. Urfan Abbasov
44. Rafael Santos
88. Tellur Mütəllimov
Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
5. Rasim Ramaldanov
7. Nika Kvekveskiri
17. Məhəmməd Mirzəbəyov
Baş məşqçi: Roman Qriqorçuk