«Qəbələ» - «İnter» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 4 Aprel 2017 | 19:13302
«Qəbələ» - «İnter» matçının hakimləri müəyyənləşdi

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçlarının təyinatları açıqlanıb. Aprelin 5-də keçiriləcək oyunların hakimləri, AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. Evdə “İnter”lə qarşılaşacaq “Qəbələ”nin görüşünə də təyinat alan rəsmilər müəyyənləşib. Qəbələ şəhər stadionunda baş tutacaq görüşü Ömər Paşayev idarə edəcək. Onun köməkçiləri Namiq Hüseynov və Nihad Əliyev olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Ədalət təmsilçilərinin işinə Asim Xudiyev qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Rauf Hüseynli olacaq.
Xatırladaq ki, aprelin 5-də baş tutacaq “Qəbələ” – “İnter” matçı saat 16:30-da başlayacaq. 

Azərbaycan Kuboku
Yarımfinal, cavab matçı
5 aprel (çərşənbə)
15:30.  “Qəbələ” – “İnter”
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Nihad Əliyev
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu