Bu gün I Liqada XXIV tura start veriləcək.
“Qəbələ” ikinci oyun günündə meydana çıxacaq. I Liqada çempionluğu rəsmiləşdirən “qırmızı-qaralar” “Karvan”la qarşılaşacaq.
Kaxaber Tsxadadzenin yetirmələri bu matçı səfərdə keçirəcək. Premyer Liqaya vəsiqəni təmin edən komandaların dueli Yevlax şəhər stadionunda baş tutacaq.
Matç saat 17:00-da başlayacaq. Qarşılaşma Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, 23 turdan sonra “Qəbələ” 58 xalla 1-ci, “Karvan” 43 xalla 3-cü yerdə qərarlaşıb.
I Liqa, XXIV tur
2 may (cümə)
17:00. “Karvan” – “Qəbələ”
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Samir Qaracayev, Niyaz Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Yevlax şəhər stadionu