“Qəbələ” – “Karvan” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 26 Fevral 2025 | 11:3690
“Qəbələ” – “Karvan” oyununun hakimləri müəyyənləşdi

I Liqada XVI turun təyinatları açıqlanıb.

 

Fevralın 27-28-də baş tutacaq turun görüşlərinin hakimləri bəlli olub. “Qəbələ”nin “Karvan”la ev matçının təyinatları da müəyyənləşib.

 

Turun ikinci günündə keçiriləcək qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq. Ona Zöhrab Abbasov və Tərlan Talıbzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sənan Bayramzadə yerinə yetirəcək. Görüşün hakim-inspektoru Munis Abdullayev, AFFA nümayəndəsi Anar Şıxəliyev olacaq.

 

Qeyd edək ki, fevralın 28-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Karvan” matçı saat 15:00-da başlayacaq.