Misli Premyer Liqasında XXII turun təyinatları açıqlanıb.
“Qəbələ” – “Karvan-Yevlax” oyununu Kamal Umudlu idarə edəcək. Onun köməkçiləri Vüsal Məmmədov və Mirnihat Seyidov, dördüncü hakim Rövşən Rəcəbov olacaq.
Matçda Vüqar Həsənli VAR, Kamran Bayramov AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Orxan Məmmədov, AFFA nümayəndəsi Bəhram Qurbanov olacaq.
Qeyd edək ki, fevralın 28-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.