«Qəbələ» - «Kəpəz»: 22-ci duel
Xəbərlər / 21 Oktyabr 2022 | 14:251023
«Qəbələ» - «Kəpəz»: 22-ci duel

“Qəbələ” sabah növbəti oyununa çıxacaq. “Qırmızı-qaralar” Misli Premyer Liqasının XI turunda “Kəpəz”lə üz-üzə gələcək. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq.

Bu, iki komanda arasında 22-ci duel olacaq. Rəqiblər indiyədək 21 dəfə qarşılaşıb. Bu oyunların hamısı Premyer Liqa çərçivəsində keçirilib.

Hesabında 10 qələbə olan “Qəbələ” 5 heç-heçə edib və 6 dəfə uduzub. “Qırmızı-qaralar” top fərqində də öndədir – 28-16. “Kəpəz”lə görüşlərdə Baqali Dabo və Filip Ozobiç daha çox - hərəyə 3 qol vurub.

11-ci dəfə “Kəpəz”i qəbul edəcək “Qəbələ” evdə 6 dəfə qalib gəlibsə, 2 dəfə bərabərliklə kifayətlənib və 2 dəfə meydanı xalsız tərk edib. Öz meydanında 14 qol vuran futbolçularımız öz qapısından 6 top buraxıb

“Qırmızı-qaralar” son 4 qarşılaşmada qələbə əldə edib. Ardıcıl üç oyunda qol buraxmayan komandamızın son iki qələbəsi böyük hesabla olub.

Qeyd edək ki, sabah Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Kəpəz” matçı saat 16:00-da başlayacaq.

 

2010/11 mövsümü

31.10.2010. Premyer Liqa. Gəncə - Qəbələ - 0:0

27.02.2011. Premyer Liqa. Qəbələ - Gəncə - 0:0

02.04.2011. Premyer Liqa. Qəbələ - Gəncə - 1:1

Murad Hüseynov, 26 // Junivan Suares, 56

12.05.2011. Premyer Liqa. Gəncə - Qəbələ - 0:0

 

2011/12 mövsümü

16.10.2011. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Deon Barton, 41, Dodo, 53

07.03.2012. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 3:2

Sabir Allahquliyev, 72, Yuri Fomenko, 75, Junivan Suares, 87 // Lyuba Baranin, 32, Yannik Kamanan, 85

15.09.2012. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:0

Bəxtiyar Soltanov, 41

19.11.2012. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Viktor Mendi, 61, Rəşad Abdullayev, 66 (p.) 

 

2015/16 mövsümü

23.08.2015. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 1:0

Ermin Zec, 6

01.11.2015. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 1:2

Fakundo Pereyra, 69 //  Aleksandr Sitnik, 2, Dario Federiko, 90+4

30.01.2016. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 3:0

Julien Ebah, 25, 75, Namiq Ələsgərov, 57

20.05.2016. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 0:1

Aleksey Qay, 76

 

2016/17 mövsümü

08.08.2016. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Tellur Mütəllimov, 58; Baqali Dabo, 79 

17.12.2016. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:1

Filip Ozobiç, 23 (p.); Ruslan Qurbanov, 83 (p.) // Tural Axundov, 77 (p.)

28.02.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:1

Şəhriyar Rəhimov, 36 // Renan Silva, 54 (ö.q) 

16.04.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 2:0

Julien Ebah, 70; Dario Federiko, 90+3

 

2017/18 mövsümü

29.09.2017. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 0:2

Kərim Diniyev, 48; İlkin Sadıqov, 56 

25.11.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:6

Kərim Diniyev, 56 (p.) // Baqali Dabo, 1, 54; Stiven Monroz, 14;  Famussa Kone, 40, 78; Ruslan Qurbanov, 65

09.03.2018. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 0:1

Filip Ozobiç, 66

28.04.2018. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 3:0

Filip Ozobiç, 31; Stiven Monroz, 39; Cavid Hüseynov, 45+1

 

2022/23 mövsümü

21.08.2022. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 0:3

Məqsəd İsayev, 18; Ramon Maçado, 27; Rövlan Muradov, 57